Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Səfəvilər dövlətinin mədəniyyətini əks etdirən əsər çapdan çıxıb
27.03.2017 10:41
  • A-
  • A
  • A+

Səfəvilər dövlətinin mədəniyyətini əks etdirən əsər çapdan çıxıb

AMEA Elm Tarixi İnstitutunun əməkdaşı Gülər Əliyevanın "Jan Şardenin "İrana və digər Şərq ölkələrinə səyahət" əsərində elm və təhsil" kitabı çapdan çıxıb.

"Elm və təhsil" nəşriyyatı tərəfindən çap olunan kitabın redaktoru institutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli, elmi məsləhətçisi isə bu müəssisənin elmi işlər üzrə direktor müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadədir.

Tədqiqatda fransız səyyahı Jan Şardenin XVII əsr Səfəvilər dövlətinin mədəniyyətini və o dövrün Azərbaycan sivilizasiyasını əks etdirən əsərinə müraciət edilib. Nəşrin elm və incəsənət haqqındakı hissəsi ilk dəfə Azərbaycan dilinə tərcümə edilib və geniş şəkildə təhlil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: