Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında soyqırımı qurbanlarından bəhs edən kitablar sərgilənib
27.03.2017 12:30
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında soyqırımı qurbanlarından bəhs edən kitablar sərgilənib

AMЕA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında 31 Mart - Azərbaycanlıların Sоyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub.

Sərgidə akademiklər Cəlal Əliyevin və Budaq Budaqovun "Tarixi həqiqətin soyqırımı", Fəxrəddin Cəfərovun "Erməni vəhşiliyi", Emin Şıxəliyevin "Ermənistan-Azərbaycan münaqişəsi sivilizasiyalararası münasibətlər kontekstində", Elman Cəfərlinin "Naxçıvanda Erməni-Azərbaycan münaqişəsi", Fazil Qaraoğlunun "Ermənilər və həqiqətlər: rəsmi sənədlərlə", eyni zamanda "Erməni xəyanəti: terror, soyqırım və deportasiya siyasəti", "Erməni daşnak faşizmi və Azərbaycan", "Qarabağ həqiqətləri, Zəngəzurda qalan izimiz", "Dünyanın mənfur milləti: erməni" və digər kitablar nümayiş edilir.

Sərgidə, həmçinin ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar və onun nəticələrini əks etdirən qəzet, jurnal və toplu materialları da ziyarətçilərin ixtiyarına verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: