Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademiya Şəhərciyinin direktorunu 60 illik yubileyi münasibətilə təbrik edirik!
31.03.2017 13:10
  • A-
  • A
  • A+

Akademiya Şəhərciyinin direktorunu 60 illik yubileyi münasibətilə təbrik edirik!

Aprelin 1-də AMEA-nın İşlər İdarəsinin Akademiya Şəhərciyinin direktoru Bayram Babayevin 60 yaşı tamam olur.

O, İmişli şəhərində sənətkar ailəsində anadan olmuş, 1964-1974-cü illərdə İmişli dəmir yolu orta məktəbində təhsil almış, 1974-cü ildə isə Əzizbəyov adına Neft-Kimya İnstitutunun Geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. Əmək fəaliyyətinə AMEA-nın Geologiya və Geofizika İnstitutunda başlayaraq laborant, elmi işçi, sonra isə institutun baş mühəndisi vəzifələrində çalışmışdır.

Onun Kiçik Qafqazın Naxçıvan ərazisində yerləşən intruzivləri  (İlanlı dağ, Əlincə, Berdık və s.) haqqında elmi məqalələri həm respublika, həm də xarici ölkə mətbuatlarında dərc edilmişdir.

B.Babayev 2016-cı ilin yanvar ayında AMEA-nın İşlər İdarəsinin Akademiya Şəhərciyinin direktoru vəzifəsinə təyin edilmişdir. O, şəhərciyin texniki təsərrüfat işləri, təmiri, təhlükəsizliyi və yaşıllaşdırılması, həmçinin binanın əməkdaşlarının nəqliyyat vasitələrinə nəzarət kimi çətin və məsuliyyətli işləri layiqincə yerinə yetirir.

AMEA-nın ictimai həyatında əvəzsiz xidmətlər göstərmiş, zəhmətkeş və bacarıqlı əməkdaş olan B.Babayevi ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və əmək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: