Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Məmmədəli Sidqinin şəxsi fondu” kitabı nəşr olunub
04.04.2017 09:11
  • A-
  • A
  • A+

“Məmmədəli Sidqinin şəxsi fondu” kitabı nəşr olunub

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Nailə Səmədovanın “Məmmədəli Sidqinin şəxsi fondu” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Kitabda Azərbaycan mətbuatı tarixində xüsusi yer tutan jurnalist və mühərrir M.Sidqinin institutda saxlanılan şəxsi arxiv materialları toplanıb.

Yeni nəşr “Məmmədəli Sidqinin tərcümeyi-halı və xatirələri”, “Əsərləri”, “Məmmədəli Sidqinin müxtəlif şəxslərə məktubları”, “Müxtəlif şəxslərin Məmmədəli Sidqiyə məktubları”, “Müxtəlif sənədlər”, “Müxtəlif şəxslərin nəsr əsərləri”, “Müxtəlif şəxslərin şeirləri”, “Müəllifi naməlum nəsr əsərləri”, “Müəllifi naməlum şeirlər” adlanan altı fəsildən ibarətdir.

Kitab müəllifin “Məmmədəli Sidqi: şəxsiyyəti, mühiti və müasirləri” sərlövhəli geniş məqaləsi ilə açılır. Həmin məqalədə M.Sidqinin ictimai-siyasi, ədəbi-bədii və elmi-publisistik yaradıcılığı təhlil edilir.

Nəşrin elmi redaktoru Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: