Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Fövqəladə hallarda idarəetmə məsələlərinin həll modelləri və texnologiyaları” adlı monoqrafiya çapdan çıxıb
11.04.2017 15:56
  • A-
  • A
  • A+

“Fövqəladə hallarda idarəetmə məsələlərinin həll modelləri və texnologiyaları” adlı monoqrafiya çapdan çıxıb

AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqovun “Fövqəladə hallarda idarəetmə məsələlərinin həll modelləri və texnologiyaları” adlı monoqrafiyası işıq üzü görüb.

“Elm” nəşriyyatı tərəfindən çap olunan kitabın elmi redaktoru, İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, rəyçisi isə texnika üzrə elmlər doktoru, professor Allahverdi Həsənovdur.

Monoqrafiyada fövqəladə hallarda mühafizə tədbirlərinin idarə olunmasının təkmilləşdirilməsinə yönəlmiş yeni modellər, metodlar və vasitələr tədqiq edilir.

Nəşr fövqəladə hallarda əhalinin mühafizəsi üzrə dövlət orqanlarının əməkdaşları, elmi işçilər və ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: