Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

12 Aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür
12.04.2017 09:17
  • A-
  • A
  • A+

12 Aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür

Aprelin 12-si bütün dünyada Aviasiya və Kosmonavtika Günü kimi qeyd edilir. Bu, insanın kosmosa ilk uçuşu ilə bağlıdır.

Bu günün keçirilməsinə səbəb isə 56 il əvvəl, yəni 1961-ci ilin aprelində məşhur sovet təyyarəçisi Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın “Vostok” kosmik gəmisində uçuşu 108 dəqiqə davam edib. Y. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoymuş oldu. Bu möhtəşəm hadisə sayəsində Yuri Qaqarinə Sovet İttifaqı Qəhrəmanı adı verilmiş, o, bütün dünyada şöhrət və ehtiram qazanmışdır.

Keçmiş SSRİ-də bu bayramı 1962-ci ildən qeyd etməyə başlamışdılar, 1968-ci ildə isə ona Beynəlxalq Aviasiya və Kosmonavtika Günü statusu verilmişdir.

Ənənəyə görə, Aviasiya və Kosmonavtika Günündə tematik müxtəlif sərgilər, konfranslar, mühazirələr təşkil edilir, kinofilmlər nümayiş etdirilir.

Kosmosun ilk fatehinin əziz xatirəsi dünyanın hər yerində dərin hörmətlə anılır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: