Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Antikorrupsiya siyasəti dövlətin davamlı iradəsidir” kitabı çapdan çıxıb
21.02.2014 00:00
  • A-
  • A
  • A+

“Antikorrupsiya siyasəti dövlətin davamlı iradəsidir” kitabı çapdan çıxıb

Korrupsiyaya qarşı Mübarizə Fondunun prezidenti, tarix elmləri doktoru, professor Namiq Axundov və siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadənin “Antikorrupsiya siyasəti dövlətin davamlı iradəsidir” kitabı çapdan çıxıb.

Kitab AR Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın müvafiq müddəalarının icra edilməsi istiqamətində növbəti əhəmiyyətli addım olaraq, Azərbaycanda korrupsiyaya qarşı dayanıqlı mübarizə problemlərinə həsr edilib.

Nəşrin baş məsləhətçisi AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva, elmi redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Elçin Cabbarovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: