Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Hüseyn Cavidin “Maral” pyesi bolqar dilinə tərcümə olunur
12.04.2017 14:22
  • A-
  • A
  • A+

Hüseyn Cavidin “Maral” pyesi bolqar dilinə tərcümə olunur

Romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin “Maral” pyesi AMEA Hüseyn Cavidin Ev Muzeyi və Bolqarıstandakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə layihəsi əsasında bolqar dilinə tərcümə olunur. Məqsəd Hüseyn Cavidin ümumbəşəri yaradıcılığını beynəlxalq miqyasda təbliğ etməkdir.

Nəşrin tərtibçisi və ön sözün müəllifi muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, tərcüməçisi isə mərkəzin müdiri Sofiya Şiqayevadır.

Qeyd edək ki, “Maral” əsəri Azərbaycan ədəbiyyatında qadın hüquqsuzluğu mövzusunda yazılmış ilk faciədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: