Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.04.2017 11:42
  • A-
  • A
  • A+

Akademik Abel Məhərrəmov Avrasiya Universitetlər Assosiasiyasının iclasında ölkəmizi təmsil edib

Akademik Abel Məhərrəmov Avrasiya Universitetlər Assosiasiyasının iclasında ölkəmizi təmsil edib

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) keçirilən Avrasiya Universitetlər Assosiasiyası Şurasının genişləndirilmiş iclasında iştirak edib.

Plenar iclasda A.Məhərrəmov assosiasiyanın ilk üzvlərindən olan BDU tərəfindən irəli sürülən əməkdaşlığın yeni formalarının daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O, Avropa və Asiyanın 11 ölkəsini əhatə edən assosiasiyanın üzvü olan ali məktəblərin elm, təhsil və cəmiyyət məsələlərini özündə birləşdirən “Universitetin üç missiyası” adlı reytinqi ilə bağlı fikirlərini bölüşüb. Alim yeni reytinqin qısa müddətdə beynəlxalq nüfuz qazanacağına əminliyini ifadə edib.

Assosiasiyanın prezidenti, MDU-nun rektoru, akademik Viktor Sadovniçinin fəaliyyətini xüsusi vurğulayan A.Məhərrəmov onun 25 il rəhbərlik etdiyi universitetin dünyanın nüfuzlu təhsil ocaqlarından birinə çevrilməsinə töhfələr verdiyini deyib.

Tədbirdə akademik V.Sadovniçi Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi münasibətilə Avrasiya Universitetlər Assosiasiyası adından A.Məhərrəmovu təbrik edib, ona qurumun xatirə hədiyyəsini təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: