Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Əlyazmalar İnstitutu tərəfindən “Kərim xan Zənd” əsəri  çap olunub
17.04.2017 09:15
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutu tərəfindən “Kərim xan Zənd” əsəri çap olunub

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən İranın Şəhid Behişti Universitetinin müəllimi, tədqiqatçı alim Məhbubə Tehraninin “Kərim xan Zənd” əsəri  çap olunub.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitab fars dilindən Azərbaycan dilinə institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov tərəfindən tərcümə edilib.

Kitabın elmi redaktoru və ön sözün müəllifi - tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevdir.

Kitabda Nadir şah Əfşarın qətlindən (1747-ci il) sonra ölkədəki vəziyyət, Lor tayfasının tarix səhnəsinə gəlməsi, Əfşarlar dövlətinin sərkərdəsi olan Kərim xan Zəndin hakimiyyət uğrunda mübarizə aparması, onun hakimiyyət dövrü, Kərim xanın ölümündən sonrakı dövrdə (1779-1794) xələflərinin səltənət uğrunda qanlı çarpışmaları ciddi tarixi mənbələr əsasında araşdırılıb.  

Müəllif, həmçinin o dövrün mədəni-ədəbi həyatına da toxunub, sənət adamlarının yaradıcılığından bəzi nümunələr verib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: