Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanın qədim tarixi, incəsənəti və ədəbiyyatını əks etdirən kitablar AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib
17.04.2017 10:17
  • A-
  • A
  • A+

Azərbaycanın qədim tarixi, incəsənəti və ədəbiyyatını əks etdirən kitablar AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib

Azərbaycanın Gürcüstan və Moldova Respublikalarında fövqəladə və səlahiyyətli səfiri olmuş, hüquq elmləri doktoru, professor Namiq Əliyev AMEA-nın Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib. O, kitabxanaya Azərbaycanın qədim tarixini, incəsənətini, ədəbiyyatını, kulinariyasını əks etdirən, eləcə də beynəlxalq hüquq normaları, insan hüquqları, Qarabağ münaqişəsinə aid bir neçə nəşr hədiyyə edib.

N.Əliyev müəllifi olduğu, litva və macar dillərində çapdan çıxmış “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” adlı kitabının Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə Macarıstan və Litva ictimaiyyətinin məlumatlandırılması baxımından vacib olduğunu qeyd edib. Müxtəlif ölkələrdən olan müəlliflərin məqalələrinin yer aldığı Moldovada nəşr olunan «Военный сектор» adlı almanaxın Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş sayını diqqətə çatdırıb. 

Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova MEK-ə təqdim olunan nəşrlərin Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda təbliğindəki əhəmiyyətindən bəhs edib. Direktor əlavə edib ki, kitablardan bir neçəsi MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil ediləcək.

Sonda tərəflər arasında fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.

Diplomat MEK-in akademiklər zalında diplomatik korpuslar üçün ayrılmış guşəyə də baş çəkib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: