Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvanın tarixi abidələri” adlı dərslik işıq üzü görüb
17.04.2017 17:07
  • A-
  • A
  • A+

“Naxçıvanın tarixi abidələri” adlı dərslik işıq üzü görüb

Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Naxçıvan Dövlət Universitetinin müəllimi Fizzə Quliyevanın həmmüəllifi olduğu “Naxçıvanın tarixi abidələri” adlı dərslik işıq üzü görüb.

Dərslikdə e.ə. VII minillikdən başlayaraq Naxçıvan ərazisində yaranan qədim yaşayış yerləri və memarlıq abidələri haqqında məlumatlar öz əksini tapıb.

Kitabda, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 6 dekabr 2005-ci il tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamı əsasında 2006-2016-cı illər ərzində beynəlxalq ekspedisiyaların iştirakı ilə aparılan arxeoloji araşdırmalar zamanı aşkarlanan müxtəlif dövrlərə aid abidələr və maddi-mədəniyyət nümunələri elmi cəhətdən təhlil edilib.

Nəşr tədqiqatçılar, müəllimlər və universitet tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: