Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Professor Hikmət Məmmədov: "Qafqaz geostrateji cəhətdən hər zaman dünyanın diqqət mərkəzində olub"
18.04.2017 13:36
  • A-
  • A
  • A+

Professor Hikmət Məmmədov: "Qafqaz geostrateji cəhətdən hər zaman dünyanın diqqət mərkəzində olub"

Aprelin 17-də işə başlayan Qafqazşünasların Birinci Beynəlxalq Forumu işini bölmə iclasları ilə davam etdirir.

AMEA Mərkəzi Elmi Kitabxanasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, professor Hikmət Məmmədovun sədrliyi ilə Forumun növbəti bölmə iclası keçirilib.

Tədbirdə H.Məmmədov Qafqazın geostrateji cəhətdən hər zaman dünyanın diqqət mərkəzində olduğunu bildirib. Hazırda dünyada beynəlxalq münasibətlərdə çox ciddi hadisələrin baş verdiyini deyən H.Məmmədov bu hadisələrin dünyanın gələcəyini müəyyən edəcəyini söyləyib: “Hər bir xalq öz siyasi taleyinə sahib çıxmalı, xalqının milli siyasi iradəsini təmsil edərək gələcəkdə beynəlxalq münasibətlər sistemini milli aktor kimi bəzəməlidir”.

Tədbirdə “Erməni yalanlarının azərbaycanlıların soyqırımı ilə yekunlaşan nəticələri”, “Türküstan və Azərbaycan tarixində daşnak terrorizmi”, “Ermənilərin 1918-ci ildə Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı törətdiyi soyqırımı”, “Xocalı soyqırımı dünya mətbuatında”, “Xocalı soyqırımı Böyük Britaniya mətbuatında” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: