Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“İlin kitabxanaçısı” müsabiqəsinin keçirilməsi təklif olunub
21.02.2014 00:00
  • A-
  • A
  • A+

“İlin kitabxanaçısı” müsabiqəsinin keçirilməsi təklif olunub

AMEA Mərkəzi Elmi Kitabxanasının Gənc alim və mütəxəssislər şurasının ilk iclası keçirilib.

İclasda 2014-cü ildə qarşıya qoyulan məsələlər, habelə idarəetmə heyəti üzvlərinin vəzifə bölgüsü, Şuranın əsasnamə layihəsi müzakirə olunub.

Tədbirdə Şura sədri və üzvləri tərəfindən müxtəlif təkliflər irəli sürülüb və təkliflərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Gənc alim və mütəxəssislər şurasının sədri Nərminə Abdullayeva kitabxana ictimaiyyəti arasında “Ən yaxşı məqalə”, “İnformasiya təminatında ən yaxşı elmi-texnoloji yenilik” və bir sıra digər nominasıyaları nəzərdə tutan “İlin kitabxanaçısı” müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı təkliflər irəli sürüb.

Tədbirdə, həmçinin “AMEA Mərkəzi Elmi Kitabxanasının Gənc alim və mütəxəssislərinin məqalələr məcmuəsi”nın hazırlanması və nəşri, gənc alim və mütəxəssislər üçün innovasiya seminarlarının təşkili və bir sıra digər fikirlər də səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: