www.science.az
21.04.2017 09:11

AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələri üzrə 2016-cı ildə doktoranturaya qəbulun nəticələri müzakirə edilib

AMEA Rəyasət Heyətində Humanitar Elmlərİctimai Elmlər bölmələrinin doktorantları ilə görüş keçirilib.

Tədbirdə bu elmi bölmələr üzrə 2016-cı ildə doktoranturaya qəbulun nəticələri müzakirə olunub və doktorantların dissertasiya mövzuları haqqında məlumat verilib.

Görüşdə dissertasiya mövzularının doktorantlara verilməzdən öncə tədqiqat müəssisələrində müvafiq sahənin alimləri tərəfindən hərtərəfli müzakirə olunmasının vacibliyi vurğulanıb. Mövzuların müasir dövrdə elmin qarşısında duran əsas vəzifə və tələblərə uyğun seçilməsi tövsiyə olunub.

Doktorantların dissertasiya mövzusu müzakirələrdən sonra təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.