Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Bakı Dövlət Universitetində “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib
26.04.2017 09:10
  • A-
  • A
  • A+

Bakı Dövlət Universitetində “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

Bakı Dövlət Universitetində (BDU) “İslam Həmrəyliyi İli-2017: reallıqlar, perspektivlər” mövzusunda respublika elmi-metodik konfransı keçirilib.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Prezident İlham Əliyevin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı Sərəncamın böyük əhəmiyyət daşıdığını bildirib. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı, ISESCO, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurduğunu deyən akademik ölkəmizin qlobal əhəmiyyətli mədəni forumların təşkilatçısı kimi çıxış etdiyini söyləyib.

Plenar iclasda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək konfransın, o cümlədən bölmə iclaslarına təqdim edilən məqalələrin əhəmiyyətindən, İslam dünyasında böyük nüfuza malik olan Azərbaycanın sivilizasiyalararası dialoq məkanına çevrilməsindən danışıblar.

Konfransda BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev “İslam həmrəyliyi müasir dünyanın ən zəruri tələblərindən biridir” mövzusunda məruzə ilə çıxış edib.

Qeyd edək ki, altı bölmədə işini davam etdirən konfransda 200-dən çox məruzə dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: