Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.04.2017 15:17
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Avropa Geoloji Elmlər İttifaqının Baş Assambleyasının iclasında iştirak edirlər

Azərbaycanlı alimlər Avropa Geoloji Elmlər İttifaqının Baş Assambleyasının iclasında iştirak edirlər

Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Geoloji Elmlər İttifaqının Baş Assambleyasının (General Assembly of the European Geosciences Union -EGU2017) iclası keçirilir.

Tədbirdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, həmin mərkəzin şöbə müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova, Geologiya və Geofizika İnstitutunun (GGİ) Seysmologiya və seysmik təhlükə  şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev və EGU-17 Assambleyasının tələbə seksiyasında BDU-nun tələbəsi və GGİ-nın əməkdaşı Elvin Babayev iştirak edirlər.

Konfransın keçirilməsində məqsəd dünyanın Yer elmləri üzrə tədqiqatçılarını bir araya toplamaq və bu sahədə əldə olunmuş nailiyyətləri, elmi yenilikləri müzakirə etməkdir.

Tədbirdə geodinamika və seysmologiya üzrə ayrıca seksiyalar keçirilib, eyni zamanda Yer elmləri sahəsində müasir tədqiqatlar, aktual problemlər və perspektivlərə dair geniş fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində AMEA nümayəndələri ABŞ-ın "Kinemetriks" və Birləşmiş Krallığın "Güralp Systems Limited" şirkətlərinin rəsmiləri ilə görüşüb, həmin şirkətlərin seysmik dalğanı və Yer qabığının ümumi titrəyişlərini ölçən texnologiyaları ilə yaxından tanış olublar.

Konfrans aprelin 28-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: