Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Avstriyada beynəlxalq tədbirdə məruzə ilə çıxış edib
27.04.2017 15:46
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Avstriyada beynəlxalq tədbirdə məruzə ilə çıxış edib

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Avropa Geoloji Elmlər İttifaqının Baş Assambleyasının (General Assembly of the European Geosciences Union - EGU2017) iclasında "Seysmoloji məlumatlara əsasən Azərbaycan ərazisinin geodinamik rejimi" mövzusunda məruzə ilə çıxış edib.

Tədbir çərçivəsində Q.Yetirmişli Hindistanın Geologiya Assosiasiyasının prezidenti, professor Harş Gupta ilə də görüşüb. Görüş zamanı birgə elmi tədqiqatların aparılması və təcrübə mübadiləsi istiqamətində müzakirələr aparılıb.

Qeyd edək ki, iclas işini aprelin 28-də başa vuracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: