Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Beynəlxalq Muzeylər Günündə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə giriş pulsuz olacaq
01.05.2017 10:39
  • A-
  • A
  • A+

Beynəlxalq Muzeylər Günündə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə giriş pulsuz olacaq

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər və mübahisəli tarix: mürəkkəb məsələlərdən danışaq” mövzusuna həsr olunub.

Bu barədə məlumat Beynəlxalq Muzeylər Şurasının (ICOM) saytında yer alıb. Builki mövzu muzeylərin insanlar arasında sülhü təbliğ edən mərkəzə çevrildiyini göstərməklə onların cəmiyyət həyatında rolunu vurğulayır.

Beynəlxalq Muzeylər Günündə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə vətəndaşlar və ölkədə müvəqqəti məskunlaşan əcnəbilər üçün giriş pulsuz olacaq.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: