Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“İqlim dəyişikliyinin bitki biomüxtəlifliyinə təsiri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
02.05.2017 14:56
  • A-
  • A
  • A+

“İqlim dəyişikliyinin bitki biomüxtəlifliyinə təsiri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

19-21 sentyabr 2017-ci il tarixlərində Bakı şəhərində AMEA Biologiya və Tibb Elmləri Bölməsinin, Dendrologiya İnstitutunun, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma İdarəsi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyinin bitki biomüxtəlifliyinə təsiri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın məqsədi dünyanın müxtəlif ölkələrində iqlim dəyişikliyinin bitki biomüxtəlifliyinə təsiri üzrə tədqiqat aparan alimləri bir araya gətirmək və gələcək tədbirlər planı hazırlamaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: