Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Neft-Kimya Prosesləri İnstitutunda məktəblilərlə görüş keçirilib
04.05.2017 14:54
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda məktəblilərlə görüş keçirilib

Bakı şəhəri, Suraxanı rayonu şəhid D.Məmmədzadə adına 232 saylı tam orta məktəbin müəllim və şagird heyəti AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda olublar.

İnstitutun direktoru, akademik Vaqif Abbasovla görüşdə qonaqlara elmi müəssisənin fəaliyyəti, aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər barədə məlumat verilib.

Məktəblilər daha sonra institutun Memorial Muzeyində olub və muzeyin nəzdində fəaliyyət göstərən “Gənc Alimlər Klubu”nda akademik Yusif Məmmədəliyevə həsr edilən “Həyat formulu” filminə baxıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: