Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ulu öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdəndir
05.05.2017 09:13
  • A-
  • A
  • A+

Ulu öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdəndir

AMEA Milli Azərbaycan Tarixi Muzeyində bu qurumun, YAP Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə YAP Səbail rayon təşkilatının sədri, millət vəkili, prof. Şəmsəddin Hacıyev açaraq bildirib ki, ulu öndər Heydər Əliyev müdrikliyi, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir, müstəqil Azərbaycan dövlətinin dünya ölkələri ilə bir sırada dayanmasına, beynəlxalq məsələlərdə söz sahibinə çevirilməsinə nail olunub. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində  Heydər Əliyev irsinin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.

Səbail rayon İcra Hakimiyyətinin sədri Eldar Əzizov öz çıxışında qeyd edib ki, ümummilli liderin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən köklü siyasi, iqtisadi dəyişikliklər nəticəsində bütün sahələrində tənəzzülə son qoyulub. Bildirib ki, ulu öndər islahatların aparılmasını daim diqqətdə saxlayırdı.  

Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova dahi şəxsiyyət Heydər Əliyevin insan hüquqları sahəsindəki nailiyyətləri barədə iştirakçılara məlumat verib.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək bildirib ki, Azərbaycanın müstəqil dövlət quruculuğunda əldə etdiyi bütün uğurların təməlində ümummilli lider Heydər Əliyevin gerçəkləşdirdiyi uğurlu xarici və daxili siyasət dayanır. Onun layiqli davamçısı isə Prezident İlham Əliyevdir. Ölkənin inkişafını şərtləndirən mühüm amillərdən sayılan elm sahəsində baş vermiş köklü dəyişikliklər və misilsiz nailiyyətlər də bu strategiyadan qaynaqlanır.

Daha sonra YAP Səbail “Əhməd Cavad 12” ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin sədri Aygül Ağayeva “Gənc nəslin maariflənməsində Heydər Əliyev irsinin əhəmiyyəti” mövzusunda çıxış edib.

Tədbir bədii hissə ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: