Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müxbir üzvü Musa Qasımlının erməni təcavüzündən bəhs edən əsəri Türkiyədə çapdan çıxıb
10.05.2017 16:23
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Musa Qasımlının erməni təcavüzündən bəhs edən əsəri Türkiyədə çapdan çıxıb

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlının “Erməni sorunu və böyük dövlətlər.1724-1920” əsəri Ankarada nəşr olunub.

“Astana yayınları” nəşriyyatında çapdan çıxan monoqrafiya Azərbaycan, Rusiya, Gürcüstan, ABŞ, Böyük Britaniya və Türkiyənin ən mötəbər arxiv materialları, sənədlər, o cümlədən rusdilli erməni mənbələri və müxtəlif dillərdə nəşr edilmiş ədəbiyyat əsasında yazılıb.

Əsərdə məlum dövlətlər tərəfindən “Şərq məsələsi”nin tərkib hissəsi kimi uydurma “erməni məsələsi”nin quraşdırılması, həlli üçün atılan addımlar, qarışıq dövrlərdə erməni siyasi-terror təşkilatlarının Anadoluda və Cənubi Qafqazdakı qanlı fəaliyyətləri və onun ağır nəticələri, törətdikləri kütləvi qırğınlar, daşnak Ermənistanın mülki türk, müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımıları, böyük dövlətlərin siyasəti və s. məsələlər araşdırılıb. Əsərdə istifadə edilən mənbələrin əksəriyyəti elmi dövriyyəyə ilk dəfə gətirilib.

Nəşrin elmi redaktoru görkəmli türk tarixçisi, Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Tarix İnstitutunun direktoru, professor Kamal Çiçəkdir.

Kitab tarixçi, siyasətçi və diplomatlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: