Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Milli Azərbaycan Tarixi Muzeyində “Reinkarnasiya – tarixi eksponatlar” sərgisinin açılışı olacaq
11.05.2017 14:36
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində “Reinkarnasiya – tarixi eksponatlar” sərgisinin açılışı olacaq

Mayın 15-də saat 16:00-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Reinkarnasiya – tarixi eksponatlar” adlı sərginin açılışı olacaq.

İyunun 2-dək davam edəcək sərgidə Azərbaycanın müasir rəssamlarının mədəniyyət və qədim tariximizə dair rəsm əsərləri nümayiş etdiriləcək. Belə ki, muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş edilən tarixi eksponatlara gənc rəssam və heykəltəraşlar avanqard üslublu əsərlər vasitəsilə yenidən həyat veriblər.

Tarixi eksponatların yeni interpretasiyada, müasir baxış konteksində təqdim olunması onların xüsusiyyətlərini, tarixi mövqeyini, bədii tərtibat səviyyəsini qabarıq göstərməyə imkan verir.

Sərgiyə giriş pulsuzdur.

Ünvan: Hacı Zeynalabdin Tağıyev küç., 4.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: