www.science.az
17.05.2017 09:56

“Reinkarnasiya – tarixi eksponatlar” sərgisinin kataloqu hazırlanıb

AMEA Milli Azərbaycan Tarixi Muzeyində keçirilmiş “Reinkarnasiya – tarixi eksponatlar” sərgisinin kataloqu hazırlanıb.

Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov tərəfindən hazırlanan kataloqda sərgidə iştirak edən rəssamların bioqrafiyaları, eləcə də onların sərgiyə təqdim etdikləri işlərin siyahısı verilib.

Kataloqda, eyni zamanda, sərgidə nümayiş olunmuş tarixi eksponatlar onların əsasında yaradılmış müasir işlə (reinkarnasiya) yanaşı verilir ki, bu da oxucuya sərgi haqqında tam məlumat əldə etməyə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.