www.science.az
17.05.2017 17:13

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin 70 illik yubileyinə həsr olunan elmi sessiya keçiriləcək

Mayın 22-də saat 11:00-da Neft və Qaz İnstitutunda AMEA-nın vitse-prezidenti, bu institutun direktoru, akademik İbrahim Quliyevin 70 illik yubileyinə həsr olunan elmi sessiya keçiriləcək.

Tədbirdə Rusiya Elmlər Akademiyasının (REA) Neft və Qaz Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, REA-nın müxbir üzvü V.İ.Boqoyavlenskinin “Arktika və Dünya okeanında karbohidrogen yataqlarının axrarışı və mənimsənilməsinin vəziyyəti, perspektivliyi və problemləri” mövzusunda məruzə dinləniləcək.

Elmi sessiya çərçivəsində “Dünya okeanı akvatoriyasında karbohidrogen yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” adlı monoqrafiyanın təqdimat mərasimi də keçiriləcək.

Ünvan: Bakı şəh., Fikrət Əmirov küç., 9.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.