www.science.az
19.05.2017 09:12

Milli Azərbaycan Tarixi Muzeyində repressiya qurbanlarına həsr olunan tədbir keçirilib

Mayın 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində bu qurumun və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə “1920-1950-ci illərdə repressiyalar” mövuzunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tariximizin dərindən araşdırılmasının və öyrənilməsinin əhəmiyyətindən danışıb.

Sonra çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova müasir dövrdə muzeylərin mühüm rolundan bəhs edib, Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyətinin, o cümlədən müəssisədə aparılan elmi-tədqiqatların əhəmiyyətini vurğulayıb.

Daha sonra tarix üzrə fəlsəfə doktoru Rafiq İsmayılovun “1930-1953-cü illərdə repressiyaya məruz qalan elm xadimləri” mövzusunda məruzəsini təqdim edib.

Tədbirdə Hüseyn Cavidin Ev Muzeyinin hazırladığı qısametrajlı film nümayiş etdirilib. Həmçinin böyük şair və dramaturq Hüseyn Cavidin oğlu, istedadlı bəstəkar Ərtoğrol Cavidin musiqiləri səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.