www.science.az
19.05.2017 15:06

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı 19 may 2017-ci il tarixində işıq üzü görüb.

Qəzetdə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin bu elm ocağının sonuncu kurs magistrantları ilə görüşü, akademik Vasim Məmmədəliyevin Heydər Əliyev Fondunun “Qızıl çinar” mükafatına layiq görülməsi, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Quliyevin “İstedadlı alim və elm təşkilatçısı” adlı məqaləsi, görkəmli kimyaçı alim, akademik Rəfiqə Əliyeva ilə vida mərasimi, türk dünyasının tanınmış tədqiqatçısı Lev Qumilyovun 105 illiyinə həsr olunmuş tədbir, yeni çapdan çıxmış “Akademik İsa Həbibbəyli. Biblioqrafiya – 2016” kitab haqqında materiallar işıqlandırılıb.

Yeni sayda, həmçinin “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika konfransı, Gəncə Bölməsində müasir təbiət elmlərinin aktual problemlərinə həsr olunan beynəlxalq tədbir, Azərbaycan aqrar elminin inkişafı tarixində əvəzsiz xidmətləri olan alim Fərman Quliyevin 80 illiyi ilə bağlı material, akademik Vaqif Abbasovun “Yaddaşlarda yaşayacaq alim” adlı məqaləsi, Ədəbiyyat İnstitutunun veb-saytının yeni versiyasının istifadəyə verilməsi və digər məlumatlarla tanış olmaq olar. 

Bundan əlavə, qəzetdə “Верность традициям”, “Далеко от Москвы”, “Встреча с Чрезвычайным и Полномочным послом Болгарии”, “Олимпиада подводит итоги”, “Наука как религия”, “Памяти ученого”, “Некорректность”, “Загадки старой пещеры”, “Почетный доктор” və s. kimi məqalələr yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.