Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Ən yaxşı elmi məruzə” müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar
23.05.2017 09:15
  • A-
  • A
  • A+

“Ən yaxşı elmi məruzə” müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının 28 may - Respublika Günü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar təşkil etdiyi “Ən yaxşı elmi məruzə” müsabiqəsinə qatılan namizədlərin təqdimatları olub.

Elmi müsabiqənin şərtlərinə uyğun olaraq ekspert komissiyasının üzvləri qiymətləndirmə aparmaq üçün gənc alimlərin hazırladıqları məruzələri dinləyiblər. Sonra məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müsabiqənin qalibləri mayın 25-də elan olunacaq. Həmin gün keçiriləcək tədbirdə qaliblərə diplom və pul mükafatları veriləcək. Həmçinin elmi nailiyyətlərinə görə bir gəncə “Gənclər üçün akademik Əli Quliyev” mükafatı da təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: