Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.05.2017 12:35
  • A-
  • A
  • A+

Astronomiya və fizika elmlərinin tarixi ilə bağlı materiallar əldə olunub

Astronomiya və fizika elmlərinin tarixi ilə bağlı materiallar əldə olunub

AMEA-nın Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə, bu elmi müəssisənin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Gülsurə Mehdiyeva və kiçik elmi işçisi Aysel Bədəlova Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında ezamiyyətdə olublar.

Alimlər ezamiyyət çərçivəsində rəsədxananın kitabxana və arxivindəki astronomiya və fizika elmlərinin tarixi ilə bağlı materiallar əldə ediblər.

Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadənin “Təbiətşünaslığın tarixinə dair oçerklərin hazırlanması” ilə bağlı Sərəncamına əsasən Elm Tarixi İnstitutunda astronomiya, fizika, kimya, biologiya və coğrafiya elmlərinin tarixi tədqiq olunur.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: