Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.05.2017 16:34
  • A-
  • A
  • A+

Akademik Y.Mahmudov: "Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəfli səhifəsidir"

Akademik Y.Mahmudov: "Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəfli səhifəsidir"

Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir. Tarixi şəxsiyyətlərimizi, o cümlədən Cümhuriyyət xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil, onları xalqımıza olduğu kimi, doğru-düzgün təqdim etmək lazımdır.

Bunu AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov 28 May – Respublika Gününə həsr olunan “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” adlı konfransda deyib.

Konfransda Azərbaycanın 5 min illik dövlətçilik tarixi olduğunu vurğulayan Y.Mahmudov bildirib ki, türkçülüyün vətəni Azərbaycandır. Türkçülüyün banisi deyildikdə isə Əli bəy Hüseynzadənin adı birinci yazılmalıdır.

İnstitut direktoru qeyd edib ki, ilk dəfə üçrəngli bayraq ideyası məhz Azərbaycanda yaranıb. Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağının rənglərində öz əksini tapıb.

Müharibə şəraitində olmasına baxmayaraq, Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu söyləyən akademik bildirib ki, dünyanın, Şərqin və türk dünyasının ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb.

Konfransda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı Ağacan Abıyev də çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: