Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Polşaya səfər edəcək
27.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Polşaya səfər edəcək

AMEA Radiasiya Problemləri İnstitutunun Beynəlxalq Nüvə İnformasiya Sistemi Milli Mərkəzinin rəhbəri, kimya üzrə fəlsəfə doktoru Dinara Abbasova martın 13-də Polşa Elmlər Akademiyasının Geologiya İnstitutunda (Varşava şəhəri) “Radiokarbon üzrə yaşın təyini metodunun təcrübi tətbiqi“ mövzusunda məruzə ilə çıxış edəcək. Məruzə polyak dilində təqdim olunacaq.

Qeyd edək ki, D.Abbasova radiokarbon metodu ilə yaşın öyrənilməsi metodunun təcrübi tətbiqi üçün Avropa Komissiyasının xətti ilə Polşa Elmlər Akademiyasının Geologiya İnstitutunun “İzotop yaş təyin olunması” laboratoriyasına dəvət olunub. Hazırda D.Abbasova beş müxtəlif kalibrasiya metodundan istifadə etməklə təcrübi qurğunun qurulmasını yekunlaşdıraraq ilkin nəticələr əldə edib. Nümunələr eyni zamanda, Polşada (AMS sistemi ilə) və Xorvatiyada (LSC-B metodu ilə) öyrənilib. Alınmış nəticələrin yüksək dəqiqliklə təyin olunması radiokarbon metodu ilə yaşın öyrənilməsi zamanı Perkin Elmer şirkətinin yeni Oxidizer sistemindən istifadənin mümkünlüyünü təsdiq edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: