Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

"Dünyanı tanıyaq" adlı layihələr sərgisi təşkil olunub
02.06.2017 09:56
  • A-
  • A
  • A+

"Dünyanı tanıyaq" adlı layihələr sərgisi təşkil olunub

Akademik Zərifə Əliyeva adına liseydə "Dünyanı tanıyaq" adlı layihələr sərgisi təşkil olunub.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova iştirak ediblər.

ABŞ, İngiltərə, Fransa, Rusiya, Yaponiya, Türkiyə, Almaniya və Misirlə bağlı millətlərarası dioloq naminə keçirilən tədbir müxtəlif dillərdə salamlama ilə başlayıb. Tədbirdə liseyin direktoru Mehriban Vəliyeva rəhbərlik etdiyi təhsil müəssisəsinin layihələr istiqamətində fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, "Dünyanı tanıyaq" layihəsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasəti və eyni zamanda, həyat tərzidir" fikrini şüar seçərək ötən ilin oktyabr ayından start verilib. IX siniflər müxtəlif ölkələr üzrə il boyu araşdırma aparıb, hər ay müxtəlif təqdimatlar ediblər. Tədbirdə, həmçinin elmi və sosial layihələr sərgilənib.

Akademik Fəxrəddin Qədirov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, AMEA-nın bu təhsil ocağına hər zaman dəstək verməyə hazır olduğunu bildirib. Akademik multikulturalizm ideyasının akademik Zərifə Əliyeva adına liseyin nümunəsində şagirdlərə həyat tərzi kimi öyrədilməsinin vacib olduğunu vurğulayıb.  AMEA-da elmlə təhsilin inteqrasiyasından danışan akademik bu istiqamətdə bir sıra mühüm işlər görüldüyünü və nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb. Fəxrəddin Qədirov AMEA-nın institutları tərəfindən orta məktəb şagirdləri üçün müxtəlif sahələrdə elmi-populyar mühazirə və seminarlar keçirildiyini qeyd edib. Akademik şagirdlərə təhsillərində və həyatlarında uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: