Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim rusiyalı həmkarları ilə birgə elmi araşdırmalar aparacaq
02.06.2017 11:28
  • A-
  • A
  • A+

Azərbaycanlı alim rusiyalı həmkarları ilə birgə elmi araşdırmalar aparacaq

Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalov 19-27 may tarixlərində Rusiya Federasiyasının Başqırdıstan Dövlət Universitetində ezamiyyətdə olub.

Alim səfər çərçivəsində universitetin Sterlitamak Filialında keçirilən “Müasir riyaziyyat və onun tətbiqləri” konfransında iştirak edib. Tədbirdə B.Bilalov “Statistik konvergensiya, onun ümumiləşdirmələri, davamlı variant və Fourier-Stieltjes çevrilməsi üzrə tətbiqlər” mövzusunda məruzə  ilə çıxış edib.

Daha sonra SSRİ Elmlər Akademiyasının müxbir üzvü A.F.Leontyevin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfransa qatılan alim “Həyəcanlanmış triqonometrik sistemlərin bazislik məsələlərində sərhəd məsələsi metodu və onun bəzi abstrakt ümumiləşmələri”  mövzusunda məruzəsini təqdim edib.

B.Bilalov səfər zamanı Başqırdıstan Dövlət Universitetinin professoru Azamat Axtyamov, həmin universitetin Riyazi məntiq və Cəbr kafedrasının müdiri, professor Bulat Habibullin, Başqırdıstan Pedaqoji Universitetinin professoru, Rusiyanın Əməkdar elm xadimi Yaudat Sultanayev və digərləri ilə görüşlər keçirib. Görüşlərdə gələcəkdə “Tam funksiyalar nəzəriyyəsi metodlarının operatorlar nəzəriyyəsinə tətbiqi” mövzusunda birgə elmi araşdırmaların aparılması barədə razılığa gəlinib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: