Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Neft hasilatının biotexnologiyası” adlı monoqrafiya nəşr edilib
02.06.2017 12:23
  • A-
  • A
  • A+

“Neft hasilatının biotexnologiyası” adlı monoqrafiya nəşr edilib

AMEA-nın Mikrobiologiya İnstitutunun Ekoloji mikrobiologiya laboratoriyasının müdiri, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, professor Nəriman İsmayılovun “Neft hasilatının biotexnologiyası“ kitabı Rusiyada çapdan çıxıb.

Yeni nəşrdə biotexnologiyanın tətbiqinə aid materiallar təhlil olunub. 

Kitab tədqiqatçılarda və praktik işçilərdə mövcud problemə qarşı maraq yaratmaq, ümumi fikir formalaşdırmaq üçün nəzərdə tutulub. Nəşr əsasən müxtəlif tədqiqatların əsas istiqamətləri üçün yalnız baza olub, neft hasilatı biotexnologiyasının əsas prinsiplərini qiymətləndirməyə imkan verir.

Monoqrafiya neft və mikrob biotexnologiyaları sahəsində çalışan mütəxəssislər, tələbələr, mühəndislər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: