Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb
02.06.2017 12:06
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı 2 iyun 2017-ci il tarixində işıq üzü görüb.

Yeni nömrədə “Müstəqillik bizim üçün ən böyük sərvətdir”, AMEA ilə Fövqəladə Hallar Nazirliyinin birgə işçi müşavirəsi, AMEA Türkiyənin Səlcuq Universiteti ilə əməkdaşlıq, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin  Macarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Lajoş Veskaşla görüşü haqqında materiallar yer alıb.

Qəzetdə, həmçinin AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası, İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş kitab, Geologiya və Geofizika İnstitutunda keçirilən Yer Elmləri Bölməsinin büro iclası, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəis müavini Ülviyyə Rzayevanın AMEA-nın müxbir üzvü Tərlan Məmmədov ilə “Molekulyar biotexnologiya əsri” adlı müsahibəsi və digər məlumatlarla tanış olmaq olar.

Bundan əlavə, nəşrdə «Расширенное заседание Президиума Академии наук», «24-я Международная нефтегазовая выставка», «Отмечен юбилей ученого», «Встреча с академиком Кямалом Абдуллаевым», «Узбекский поэт в Институте литературе им. Низами», «Гость обсерватории», «Список элит пишет история», «О культуре речи, и не только…», «Патриарх отечественной философской науки», «Экономист милостью Божьей» və digər maraqlı məlumatlar da təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: