Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

07.06.2017 09:41
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda Türkiyənin İLESAM qurumunun nümayəndələri ilə görüş keçirilib

Ədəbiyyat İnstitutunda Türkiyənin İLESAM qurumunun nümayəndələri ilə görüş keçirilib

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək iki qurum arasında əməkdaşlıq haqqında imzalanmış müqaviləni xatırladıb. Qeyd edib ki, sözügedən müqavilə iki ölkənin ədəbi mühitinin ictimaiyyətə tanıdılması baxımından önəmlidir. Akademik müqavilə çərçivəsində birgə konfransların keçirilməsinin, məqalə və kitab nəşrinin vacibliyini vurğulayıb.

Sonra İLESAM-ın sədri Mehmet Nuri Parmaksız çıxış edərək 2018-ci ilin mart-aprel aylarında iki qurumun təşkilatçılığı ilə beynəlxalq simpoziumun keçiriləcəyini bildirib. M.N.Parmaksız Mikayıl Müşfiqin anadan olması ilə əlaqədar hər il keçirilən Şairlər Gününün növbəti il Xəlil Rza Ulutürkün yaradıcılığına həsr ediləcəyini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) nümayəndəsi Xəyal Rza çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi çərçivəsində istiqlal şairləri ilə bağlı anım tədbirlərinin keçiriləcəyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: