AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçirilib.
Tədbirdə institutun Sürüncəklik nəzəriyyəsi şöbəsinin müdiri, professor Lətif Talıblının “Özlüelastikiyyət nəzəriyyəsinin bir sərhəd məsələsinin həlli” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə özlüelastikiyyət nəzəriyyəsinin daxilində topa qüvvə təsir edən sonsuz müstəvi haqqında qoyulmuş kvazistatik sərhəd məsələsinin dəqiq həllini təyin edən teorem isbat olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.