Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.06.2017 14:41
  • A-
  • A
  • A+

Botanika İnstitutunun veb-saytının yeni versiyası təqdim olunub

Botanika İnstitutunun veb-saytının yeni versiyası təqdim olunub

AMEA Botanika İnstitutunda bu qurumun veb-saytının yeni versiyasının təqdimat mərasimi keçirilib. Tədbirdə İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri və Botanika İnstitutunun məsul şəxsləri iştirak ediblər.

Öncə İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova çıxış edərək Botanika İnstitutunun “www.botany.az” veb-saytı haqqında ətraflı məlumat verib.

G.Nəbibəyova institutun mütəxəssisləri tərəfindən hazırlanmış saytın AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğun hazırılandığını bildirib.

Qeyd edib ki, Azərbaycan, rus və ingilis dillərində təqdim olunan saytın Ana səhifəsi “İnstitut haqqında”, “Elmi fəaliyyət”, “Herbari fondu”, “Alim və mütəxəsssislər”, “Şuralar”, “Muzey”, “Elmi nəşrlər” və “Qalereya” bölmələrindən ibarətdir. Onun sözlərinə görə, ən son texnologiyalar əsasında yaradılmış saytda əhatəli axtarış sistemi, saytın xəritəsi və faydalı linklər də mövcuddur.

Sonra institutun sektor müdiri Əfruz Qurbanova “www.botany.az”ın informasiya siyasəti haqqında çıxış edib. Bildirib ki, veb-saytda institutun əməkdaşlarının elmi fəaliyyəti haqqında məlumatların yerləşdirilməsi Azərbaycanda botanika elmi sahəsində əldə olunmuş nailiyyətlərin beynəlxalq elmi ictimaiyyət tərəfindən tanınmasında mühüm rol oynayır. Ə.Qurbanova saytın “Xəbərlər” bölməsində institutun fəaliyyəti, burada təşkil olunan tədbirlər, görüşlər, yeni nəşrlər, müsahibələr, çıxışlar, xarici səfərlər və s. dair məlumatların yerləşdirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

İnstitutun proqramçısı Sərxan Yolçuyev veb-saytın təhlükəsizlik tələbləri və proqram təminatına dair çıxış edib. “www.botany.az” saytının təhlükəsizliyinin tam şəkildə təmin olunduğunu qeyd edən S.Yolçuyev saytın AzScienceNet Elm Kompüter Şəbəkəsinin Data Mərkəzində yerləşdirildiyini vurğulayıb.

O, Botanika İnstitutunun Avropa Virtual Məlumat Bazasına daxil edilmiş dəyərli herbari nüsxələri haqqında məlumat və şəkillər ilə veb-saytın “Herbari Fondu” bölməsində tanış olmağın mümkünlüyünü qeyd edib. Həmçinin saytın geniş axtarış imkanlarına malik olduğunu nəzərə çatdırıb.    

Sonra çıxış edən Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə müasir tələblərə uyğun hazırlanmış veb-saytın yeni versiyasının ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssislərinə təşəkkürünü bildirib.

Sonda veb-saytın istismarına dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: