Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Rusiyanın Təbiətşünaslıq Akademiyasının professoru seçilib
08.06.2017 10:05
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Rusiyanın Təbiətşünaslıq Akademiyasının professoru seçilib

AMЕA Naхçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova Rusiya Federasiyasının Təbiətşünaslıq Akademiyasının professoru seçilib.

Gənc alim bu ada elm sahəsindəki xidmətlərinə, sözügedən müəssisə ilə əlaqələrin inkişafındakı fəaliyyətlərinə görə layiq görülüb.

Qeyd edək ki, Günel Məmmədova 100-dən çox elmi məqalənin, 3 kitabın müəllifidir. Onun yerli xammal əsasında alınan “Erionit tipli seolitin alınma üsulu” və “Tomsonit tipli seolitin alınma üsulu” adlı ixtiraları Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin patentinə layiq görülüb. 

Bundan əlavə, gənc alim ötən il Krasnoyarsk şəhərində fəaliyyət göstərən Elmi-İnnovasiya Mərkəzi tərəfindən elmi tədqiqatların inkişafında roluna görə Fəxri fərmanla təltif olunub. G.Məmmədovanın bir neçə məqaləsi ABŞ-ın nüfuzlu “Şüşənin fizikası və kimyası” (Glass Physics and Chemistry) jurnalında rus və ingilis dillərində nəşr edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: