Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.06.2017 17:23
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə fənni üzrə doktorluq imtahanları keçirilir

İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə fənni üzrə doktorluq imtahanları keçirilir

AMEA-nın bütün elmi müəssisələrinin doktorant və dissertantlarının fəlsəfə fənni üzrə doktorluq imtahanları keçirilir. Fəlsəfə fənnindən qəbul və doktorluq imtahanları AMEA prezidenti, akademik Akif Əlizadənin 9 iyun 2015-ci il tarixli Sərəncamına əsasən, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) akademiya üzrə mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında keçirilir.

İmtahanların qəbulu məqsədilə yaradılmış komissiyanın sədri AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, üzvləri – fəlsəfə üzrə elmlər doktorları Fərman İsmayılov, Əbülhəsən Abbasov, Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov imtahanın gedişatı ilə yaxından tanış olublar.

İki gün davam edəcək imtahanlarda 100-dən çox doktorant və dissertantın iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, şəffaflığın təmin olunması üçün imtahan prosesinə TİM-də quraşdırılmış video-müşahidə sistemi vasitəsilə nəzarət edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: