Azərbaycanda binaların seysmikliyə davamlılığının öyrənilməsi üçün yeni metodlar tətbiq ediləcək.
Azərbaycanda səfərdə olan Kanadanın Geologiya Xidmətinin əməkdaşı, Viktoriya Universitetinin professoru Tuna Onur AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində təqdimatla çıxış edərkən bu barədə məlumat verib. ABŞ, Kanada və Avropada tətbiq edilən metodlardan danışan T.Onur ölkəmizdə də həmin metodların tətbiq ediləcəyini və artıq bununla bağlı yerli əməkdaşlar üçün təlimə başladığını söyləyib.
Mərkəzin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli isə bildirib ki, bu vaxta qədər də Azərbaycanda tikilən binaların hər birinin ayrıca seysmik davamlılığı hesablanır. Ölkəmizdə ən müasir metodların tətbiqinin vacib olduğunu qeyd edən baş direktor gənc kadrların bu sahəyə yönəldildiklərini qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.