Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Tomson Reuters" agentliyi Azərbaycanın elmi jurnalının təsir əmsalını yüksəldib
14.06.2017 12:21
  • A-
  • A
  • A+

"Tomson Reuters" agentliyi Azərbaycanın elmi jurnalının təsir əmsalını yüksəldib

ABŞ-ın “Clarivate Analytics” şirkəti ("Tomson Reuters" agentliyi) tərəfindən bu günlərdə açıqlanan 2016-cı il üçün hesabata əsasən Azərbaycanı təmsil edən “Applied and Computational Mathematics” (Tətbiqi və Hesablama Riyaziyyatı) jurnalının təsir əmsalı (impact factor) 0.717-dən 1.333-ə yüksəlib.

Qeyd edək ki, “Applied and Computational Mathematics” jurnalı “impact factor” göstəricisinə görə regionda liderliyi qoruyur. Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının təsis etdiyi bu jurnal hələ ki, təsir əmsalına malik ilk və yeganə Azərbaycan jurnalıdır.

2002-ci ildən ingilis dilində nəşr olunan jurnalda tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir.

Nəşr olunduğu 16 il müddətində “Applied and Computational Mathematics” jurnalı 45 ölkədən 200-dən çox beynəlxalq elm və təhsil müəssisələri ilə elmi mübadilə həyata keçirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: