Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fəlsəfə İnstitutunda Milli Qurtuluş Günü qeyd edilib
14.06.2017 13:33
  • A-
  • A
  • A+

Fəlsəfə İnstitutunda Milli Qurtuluş Günü qeyd edilib

AMEA-nın Fəlsəfə İnstitutunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan “dəyirmi masa” keçirilib.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətli Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki,  24 il əvvəl xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoyub. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Hazırda həmin siyasət Prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.

Daha sonra çıxış edən fəlsəfə üzrə fəlsəfə doktorları Fizuli Qurbanov, Rəfiqə Əzimova, Xatirə Quliyeva və digər çıxış edənlər Milli Qurtuluş Gününün ictimai-siyasi, tarixi əhəmiyyətindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: