Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Lənkəran şəhərində akademik Həsən Əliyevin 110 illiyinə həsr olunan tədbir keçiriləcək
15.06.2017 09:16
  • A-
  • A
  • A+

Lənkəran şəhərində akademik Həsən Əliyevin 110 illiyinə həsr olunan tədbir keçiriləcək

İyunun 16-17-də Lənkəran şəhərində akademik Həsən Əliyevin 110 illiyinə həsr olunan “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçiriləcək. Tədbir AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Lənkəran Dövlət Universiteti və Azərbaycan Coğrafiya Cəmiyyəti tərəfindən təşkil olunacaq.

Konfransda torpaqlardan səmərəli istifadə və onların ekocoğrafi problemləri, sosial-iqtisadi və demoqrafik problemlər, iqlim və aqroiqlim ehtiyatları, çayların minimal axımının çoxillik tərəddüdləri, Azərbaycanın günəş enerjisi modeli, zəlzələlərin torpağa ekoloji təsiri, torpaq-bitki örtüyünün səth sularının formalaşmasında rolu, turizm təsərrüfatının inkişafında iqlim amilinin rolu, ərzaq təhlükəsizliyinin aradan qaldırılması yolları və digər mövzularda təqdimatlar olacaq.

Tədbirin sonunda bölmə sədrlərinin konfrans haqqında hesabatı dinləniləcək, qərar layihəsi qəbul ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: