Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“İncəsənətə dair söhbətlər” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
20.06.2017 09:52
  • A-
  • A
  • A+

“İncəsənətə dair söhbətlər” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “O.Şmerlinq və İ.Rotterin “Molla Nəsrəddin” jurnalındakı yaradıcılığı” mövzusunda seminar keçirilib.

Tədbir muzeylə Rusiya İnformasiya - Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “İncəsənətə dair söhbətlər” layihəsi çərçivəsində baş tutub.

Seminarda t.ü.f.d. Fuad Ağayev məruzə ilə çıxış edərək Molla Nəsrəddin jurnalının rəssamları - O.Şmerlinq və İ.Rotterin yaradıcılığında dini mövhumat və xurafat, çarizmin milli siyasəti, iqtisadi gerilik və digər sosial problemlərin tənqidinin mühüm yer tutduğunu bildirib. F.Ağayev bu rəssamların Azərbaycanda karikatura sənətinin inkişafına misilsiz töhfə verdiklərini vurğulayıb.

Sonda “Azərbaycan Kazak Həmyerliləri” İctimai Birliyinin sədri, ataman Sergey Samulyov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür edib və bu cür seminarların gələcəkdə də keçirilməsinin önəmindən danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: