Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.06.2017 15:10
  • A-
  • A
  • A+

Fizika İnstitutunda rusiyalı alimin məruzəsi dinlənilib

Fizika İnstitutunda rusiyalı alimin məruzəsi dinlənilib

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) Q.N.Flerov adına Nüvə Reaksiyası laboratoriyasının rəhbəri Sergey Dmitriyev AMEA-nın Fizika İnstitutunda “D.İ.Mendeleyevin dövrü cədvəlinin daha ağır elementləri” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə institutun direktoru, akademik Nazim Məmmədov S.Dmitriyevin ciddi elmi tədqiqatlar apardığını, onun təkcə Rusiyada deyil, bütün dünyada tanındığını söyləyib.

Sonra mövzu ilə bağlı məruzəçinin çıxışı dinlənilib. O, Nüvə Reaksiyası laboratoriyasında əldə edilmiş elmi kəşflərin nüvə fizikası sahəsində yeni istiqamətlərin inkişafı üçün başlanğıc olduğunu bildirib. Rusiyalı alim daha sonra əldə olunan nəticələr və aparılan təcrübələr barədə iştirakçılara məlumat verib.

Məruzə ətrafında geniiş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Daha sonra qonaq Fizika İnstitutunun İnnovasiya sektorunun maddi-texniki bazası ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: