Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.06.2017 09:47
  • A-
  • A
  • A+

“Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, qorunması və bərpası” mövzusunda konfrans keçirilib

“Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, qorunması və bərpası” mövzusunda konfrans keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, qorunması və bərpası” mövzusunda I Respublika elmi konfransı keçirilib.

Konfransda Memarlıq və İncəsənət İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi, AMEA-nın Gəncə Bölməsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İçərişəhər Tarixi Muzeyi, Azərbaycan Xalça Muzeyi, Bakı Xoreoqrafiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və digər qurumların mütəxəssisləri iştirak ediblər.

Tədbiri Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq milli dəyərlərin təbliğinin və gələcək nəsillərə ötürülməsinin önəmindən danışıb.

Sonra t.ü.e.d. Nərgiz Əliyevanın “Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan kitab və dövri mətbuat xəzinəsi”, t.e.d. Zemfira Hacıyevanın “Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin Azərbaycan elminə töhfəsi”, k.t.e.d. Rəna Mirzəzadənin “Böyüməkdə olan nəsildə və gənclərdə vətənpərvərlik və tarixi yaddaşın formalaşmasında Torpaq muzeyinin rolu”, fil.ü.e.d. Xatirə Bəşirlinin “Müasir cəmiyyətin muzeyləri: yeni çağırışlar” mövzusunda məruzələri dinlənilib.

Konfrans öz işini plenar iclaslarla davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: