Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Bahadur Zeynalova həsr olunan kitab çapdan çıxıb
04.07.2017 09:45
  • A-
  • A
  • A+

Akademik Bahadur Zeynalova həsr olunan kitab çapdan çıxıb

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Eldar Zeynalovun müəllifi olduğu “Akademik Bahadur Zeynalov. Həyat yolu - elmin zirvələrinə daimi hərəkətdə və axtarışda” kitabı çapdan çıxıb.

“Müəllim” nəşriyyatında çap olunan kitabın məsul və texniki redaktoru k.ü.f.d. Elçin Hüseynovdur.

Nəşrdə görkəmli alim, Əməkdar elm xadimi, akademik Bahadur Zeynalovun həyat yolu, elmi yaradıcılığı və ictimai fəaliyyəti haqqında ətraflı məlumat verilir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: