www.science.az
06.07.2017 12:36

İtaliyalı alim Botanika İnstitutunda işgüzar səfərdədir

İtaliya Milli Tədqiqatlar Şurasının Florensiyada yerləşən Davamlı Bitki Mühafizə İnstitutunun (CNR-IPSP) əməkdaşı, prof. Biankaelena Maserti AMEA-nın Botanika İnstitutunda işgüzar səfərdədir.

Səfər çərçivəsində italiyalı alimin iştirakı ilə seminar keçirilib.

Tədbirdə B.Maserti “Azərbaycanda şabalıd ağaclarının sağlamlıq statusunun qiymətləndirilməsi: şabalıd xərçəngi və assosiasiyada olan göbələk xəstəlikləri” layihəsi ilə bağlı aparılan tədqiqat işləri barədə məruzə söyləyib.

Bundan əlavə, Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri, b.e.d. Dilzarə Ağayevanın “Azərbaycanda şabalıd ağaclarında Cryphonectria parasitica göbələyi və onun törətdiyi xəstəliyin hazırkı vəziyyəti”nə dair məruzəsi dinlənilib.

Daha sonra Qəbələ və Göyçay rayonlarına ekspedisiyalar təşkil edilib. Ekspedisiyalar zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişaf Departamentinin məsləhəti üzrə Qəbələ Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları ilə təbii bitən meşə sahələrində yeni quruyan şabalıd ağacları yoxlanılıb və nümunələr götürülüb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.